Yuxarı

Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir - Qafarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istərsə də qarşıda duran yeni vəzifələr barədə detallı açıqlamalar təqdim olunmuşdur. Düşünürəm ki, həm yerli, həm də xarici ictimaiyyətin diqqətini cəlb edən önəmli məqamlardan biri də möhtərəm dövlət başçımızın Azərbaycanın dünyada yüksək nüfuza sahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi ilə bağlı səsləndirdiyi fikirlər oldu.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9 adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncu ölkə oldu:

“Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib. Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması fonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləri isə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyə çağıran ciddi mesajdır”.

K.Qafarov daha sonra cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib:

“Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycan sadəcə burada yeni nizamın necə olacağını gözləməməlidir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq”.

Tarix
2025.01.10 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi

Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var

Babacanyan: Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz

İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video

Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama

Oleq Bakinski ilə mühakimə edilən şəxs nazir müavini olub

Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi

Soba başçını “yandırdı” - Yeni foto

Azər Baxşəliyev orqan nəqlindən niyə imtina edib? - Açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla