Yuxarı

Ermənistan Konstitusiyasında bu təhdidlər hələ də var

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Konstitusiyasında bu təhdidlər hələ də var

Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik”, - XİN başçısı vurğulayıb.

C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb:

“Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır”.

Tarix
2025.01.16 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla