Yuxarı

Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri

Artur Rasizadə 26 fevral doğum günündə Xocalı faciəsinə görə heç kimə onu təbrik etməyə icazə verməzdi, hətta ailəsinə də.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin sektor müdiri Qurban Sadıqov deyib.

Keçmiş baş nazirlə bağlı xatirələrini bölüşən Q.Sadıqov hesab edir ki, peşəkar dövlət xadimi, ləyaqətli insan A.Rasizadənin həyat və fəaliyyəti böyük bir məktəbdir:

“Alicənab, olduqca sadə, sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insan olan Artur Rasizadə ölkəsini, xalqını, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliliyi ilə fərqlənən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimidir. O, kadrları seçərkən dövlətçiliyə sədaqətə, biliyə, peşəkarlığa və təcrübəyə üstünlük verərdi”.

Nazirlər Kabinetinin sektor müdiri onu da bildirib ki, Artur Rasizadə həm də nümunəvi ailə başçısıdır:

“Qızı Nailə xanımı, onun ailə üzvlərini tanıyanlar onların necə səmimi, sadə, mehriban insan olduqlarını yaxşı bilirlər”.

Qeyd edək ki, fevralın 26-da keçmiş Baş nazir Artur Rasizadənin 90 yaşı tamam olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, o, “Heydər Əliyev ordeni” ilə təltif olunub.

Tarix
2025.03.02 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla