Yuxarı

Trampın Xameneiyə məktubu: İrana qarşı 3 ssenari var

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Xameneiyə məktubu: İrana qarşı 3 ssenari var

Trampın Xameneiyə danışıqlara dəvət məqsədilə məktub ünvanlaması İran ətrafında yeni gərginlik mərhələsinin başlanğıcı deməkdir. ABŞ-da İranla bağlı üç ssenarinin masada olduğu müşahidə edilir:

1. Nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi;

2. Nüvə proqramı da daxil olmaqla, İranın Yaxın Şərqdə silahlı dəstələr qurmaması, “müqavimət oxu” adlandırdığı sistemdən imtina etməsinə dair genişçaplı öhdəlik götürdüyü anlaşma;

3. İrana hərbi müdaxilənin edilməsi.

Hərbi müdaxilə sonuncu seçim olaraq saxlanılır, hərçənd, Vaşinqtonda bunun əleyhdarları tərəfdarlarından daha çoxdur. Ukraynada müharibəni dayandırmaq istəyən Tramp da növbəti böyük eskalasiyada maraqlı görünmür. Birinci seçim – yalnız nüvə proqramı ilə bağlı razılaşma ətrafında fikir ayrılığı mövcuddur, xüsusilə İsrail də məsələnin bu formada qoyuluşunu qəbul etmir. Əsas seçim kimi ikinci ssenari aktualdır, hərbi müdaxiləni gündəmində saxlayan İsrail də bu variantla razılaşa bilər.

Belə bir öhdəlik İran tərəfindən məqbul qarşılanmır, Xameneinin danışıqlar aparmaq istəyən Pezeşkiana qarşı çıxması da bundan qaynaqlana bilər. Lakin Tehranın seçim imkanı böyük deyil:

- mövcud şərtlərdə ABŞ-la danışıqlara Rusiya və Çinin iştirakı ilə daxil olmağa çalışır: bu, masada əlini gücləndirmək imkanları yarada bilər;

- nüvə proqramı üzrə danışıqlarda alternativ olaraq Avropa masasının qurulmasına çalışa bilər: ABŞ qarşısında güclü mövqe sərgiləməyə çalışan Avropada da belə çağırışlar var; lakin bu, Vaşinqtonun İranla yanaşı, Avropa Birliyinə də təzyiqlərini gücləndirəcəyi üçün zəif seçimdir; İranla nüvə danışıqları da daha öncə məhz ABŞ-ın (Trampın ilk prezidentliyi dövründə) çıxması ilə arxa plana keçib.

Hərbi müdaxilə seçimini sona saxlayan Vaşinqton Tehranın genişçaplı öhdəliklər götürəcəyi müqavilənin qəbul edilməsi istiqamətində təzyiqlərini gücləndirə – sanksiyaların sərtləşdirilməsi, hərbi rəhbərliyinin hədəfə alınması, proksi qüvvələrə qarşı lokal əməliyyatların genişləndirilməsi və s. – bilər.

Tarix
2025.03.08 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Kremldə Putinin “faktiki həbsi”nə qərar verildi

Hörmüz blokadası Azərbaycanı qalib etdi - Almaniya KİV

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla