Yuxarı

İrandan sülh sazişi ilə bağlı Bakı və İrəvana çağırış...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan sülh sazişi ilə bağlı Bakı və İrəvana çağırış...

Sazişin yekunlaşması çox yaxşı xəbərdir. Fikrimizcə, bu sənəd nə qədər tez imzalansa, hər iki ölkə, eləcə də bütün region üçün bir o qədər yaxşı olar. Biz regionda çoxlu qan, nifrət və müharibə gördük, buna son qoymağın vaxtıdır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançı deyib.

“Hesab edirik ki, diqqəti təkcə Ermənistan və Azərbaycan deyil, həm də bütün region üçün fayda verəcək imkanlara yönəltməliyik. İran isə hər iki ölkənin dostu kimi Ermənistan və Azərbaycana əlini uzatmağa hazırdır və biz Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz gələcəyə diqqət yetirməliyik. Keçmişdə iki ölkə arasında problemlər olub, ancaq bu, hərbi yolla həlli ola bilməz; hərb həmişə müvəqqəti həll yoludur. Keçmiş keçmişdə qalıb. İndi hər iki xalqın münasibətləri normallaşdırmaq üçün hansı imkanların olduğunu görmə vaxtıdır", - o bildirib.

Nazir müavini vurğulayıb ki, xüsusən iqtisadi sahədə böyük potensial var, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması halında bundan bütün region faydalanacaq.

Tarix
2025.04.02 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla