Yuxarı

Tayvanın müstəqilliyinə qarşıyıq! - Nazir müavini

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tayvanın müstəqilliyinə qarşıyıq! - Nazir müavini

2024-cü ilin iyul ayında Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Strateji Tərəfdaşlığın Qurulması barədə Birgə Bəyannamə qəbul edilib. Bu strateji sənəd Azərbaycanın və Çinənin müxtəlif sahələrdə – siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığını gücləndirməyi hədəfləyir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Çinin “CGTN” telekanalının saytına yazdığı məqaləsində bildirib.

Müəllif məqalədə Çin-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsinə xüsusi diqqət yetirib:

"Bəyannamədə hüququn əsas prinsipləri - "ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, təcavüzkarlıq etməmək, daxili işlərə müdaxilə etməmək" - daxil edilib. Bu prinsiplər hər iki ölkə üçün həmişə vacib olub. Biz həmişə "Vahid Çin" siyasətini dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Biz yalnız bir Çin olduğunu qəbul edirik və Çin Xalq Respublikasının hökumətini bütöv Çin xalqını təmsil edən yeganə qanuni hökumət kimi tanıyırıq. Tayvanı Çin ərazisinin ayrılmaz bir hissəsi kimi qəbul edirik və Tayvan müstəqilliyinin hər hansı formasına qəti şəkildə qarşıyıq. Bu, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bəri davam edən mövqeyimizdir".

Tarix
2025.04.08 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla