Yuxarı

Bu, Putinin 3-cü müharibəsidir: İlk ikisində necə oldusa…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Putinin 3-cü müharibəsidir: İlk ikisində necə oldusa…

Rusiya Prezidenti Vladimir Putin istədiyini almayana qədər razılaşmaya getmir və ya razılaşmanı yerinə yetirmir. Ukrayna ilə müharibə Putinin üçüncü müharibəsidir və əvvəlki ikisində istədiyini əldə edəndən sonra sakitləşib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

“Putin 1999-cu ildə baş nazir təyin olunandan sonra İkinci Çeçenistan müharibəsi başladı. Qərb ölkələrinin liderləri nə qədər bu müharibəni dayandırmağı Putindən xahiş etsələr də, Kreml sahibi hər dəfə onlara sərt cavab verdi və on minlərin ölümü hesabına işi sona çatdırdı. Bu müharibəyə görə Qərb Putinin üstünə çox getmədi, hər nə qədər olsa da, söhbət Kreml sahibinin ölkəsinin ərazi bütövlüyünü təminindən gedirdi.

Putin 2008-ci ildə Gürcüstana qarşı müharibə dövründə baş nazir olmasına baxmayaraq, qonşu dövlətə qarşı hücum əməliyyatını nəzarətdə saxlayırdı. Qərb yenə müharibəni dayandırmağı Putindən xahiş etdi, onun Cənubi Osetiyanı işğal edəndən sonra yeganə güzəşti tankları Tiflis yaxınlığından geri çəkməsi oldu. Putin hədəfinə çatdı.

6 il sonra növbə Ukraynaya çatdı, Putin Ukraynada hakimiyyətin zorla dəyişdirildiyini bəhanə edərək Krımı ilhaq etdi, 8 il sonra Ukraynanın şərqinə hücum əmri verdi. Qərb bu dəfə xahiş əvəzinə Putindən müharibəni dayandırmağı tələb etdi. Xahişlər kimi, tələblər də nəticəsiz qaldı.

İstanbuldakı görüşlərin, Putinlə birbaşa təmasların və onunla telefon danışıqlarının nəticəsi olmayacaq. Çünki Putin hədəfinə çatmayana qədər geri addım atmır. Onu dayandırmaq üçün ya Ukrayna təslim olmalı və Krımla yanaşı 4 bölgəsindən imtina etməli, ya Rusiya elə bir zəif nöqtəyə gəlməlidir ki, Putin planlarından əl çəksin, ya da Kremldə hakimiyyət dəyişikliyi baş verməlidir”, - politoloq qeyd edib.

Tarix
2025.05.20 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Qonşudan PUA buraxıldı, xəbər etdik, qoşun yeridildi - Qudərzi

Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla