Yuxarı

Bayramov Səidovla görüşdü: İsrail-İran gərginliyi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Səidovla görüşdü: İsrail-İran gərginliyi...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Regionda baş verən son inkişaflardan danışılıb, Yaxın Şərq bölgəsində artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.06.21 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla