Yuxarı

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.

Axar.az xəbər verir ki, Pakistanın Baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, Təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirdi.

Məhəmməd Şahbaz Şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğuladı və bu ilin mayında Laçın şəhərinə səfərini, Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırladı. Baş nazir Qarabağda, o cümlədən Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd etdi. Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji və digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı.

Dövlətimizin başçısı dəvəti qəbul edib bu Zirvə görüşündə iştirakına görə Pakistanın Baş nazirinə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev də öz növbəsində Pakistanın Baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırladı.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olundu, regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

Tarix
2025.07.04 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla