Yuxarı

Azərbaycanda hava şəraitinə müdaxilə sistemi yaradılır

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda hava şəraitinə müdaxilə sistemi yaradılır

Azərbaycanda kənd təsərrüfatı məqsədləri üçün hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin yaradılması istiqamətində iş aparılacaq.

Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib.

Sənəddə bildirilir ki, dünya təcrübəsində hava şəraitinə dolu yağmasına görə baş verə biləcək fəsadların qarşısının alınması və ya azaldılması, müvafiq ərazidə kənd, meşə və kommunal təsərrüfatların maraqlarına uyğun olaraq yağıntıların çoxaldılması və ya azaldılması və s. səbəblərə görə müdaxilə edilir. Ölkənin ehtiyaclarını nəzərə alaraq, kənd təsərrüfatı məqsədləri üçün hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin yaradılması istiqamətində iş aparılacaq.

Sənəddə bildirilir ki, iqlim dəyişmələri, Yer kürəsində orta illik temperaturun tədricən artması (2080-ci il üçün qlobal səviyyədə orta illik temperaturun 4 dərəcə C artması) gözlənilir. İqlim dəyişmələrinin təsiri ilə yağıntıların azalması nəticəsində
əkin və otarma dövrlərində kəskin rütubət çatışmazlığı müşahidə oluna bilər.

Rəsmi statistikaya əsasən, Azərbaycanda bitkiçilik məhsullarının 80 faizdən çoxu suvarılan torpaqlarda istehsal olunur. Bu baxımdan iqlim dəyişmələrinin təsiri ilə su resurslarının azalması kənd təsərrüfatını ciddi təzyiqlə üzləşdirə bilər. İqlim dəyişmələrinin kənd təsərrüfatına vurduğu zərərin təsirinin azaldılması və kənd təsərrüfatının iqlim dəyişikliklərinə maksimum uyğunlaşdırılması üçün əkin və otlaq ərazilərində səmərəli idarəetmənin təşkili ilə bağlı fəaliyyətin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Bu məqsədlə iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq və “iqliməsaslı ağıllı kənd təsərrüfatı” təşviq ediləcək.

Ölkədə aqrar sahənin dayanıqlı inkişafı baxımından “iqliməsaslı ağıllı kənd təsərrüfatı” prinsiplərinin tətbiqi stimullaşdırılacaq.

Tələb edilən investisiya prioritet çərçivəsində tədbirlərin əhatə dairəsini nəzərə alaraq, təxminən 7 milyon manat həcmində vəsaitin tələb ediləcəyi proqnozlaşdırılır.

Prioritet çərçivəsində əsas risklərə iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsi sahəsində yetərincə yüksəkixtisaslı kadrların olmaması, aqrometeoroloji məlumat bazasının, hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin maliyyələşməsi üçün vəsaitin ayrılmaması daxildir.

Tarix
2016.12.16 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla