Yuxarı

Fransızdilli qəzetimiz Fransanın diqqət mərkəzində

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransızdilli qəzetimiz Fransanın diqqət mərkəzində

Fransanın TV5 Monde telekanalının “İstiqamət Frankofoniya” (“Destination Francophonie”) proqramının aparıcısı İvan Kabakov verilişin feysbuk və tvitter səhifələrində Azərbaycanda nəşr olunan yeganə fransızdilli “Le Carrefour” (“Yol qovşağı”) qəzeti haqqında məlumat yayıb.

Trend-in məlumata görə, o, www.lecarrefour.az saytının linkini paylaşaraq bu sözləri yazıb: “Qafqazda Azərbaycanın yeganə fransızdilli qəzeti “Le Carrefour”u kəşf edin”.

“Destination Francophonie” dünyada fransız dilinin aktual məsələləri haqqında mövzular qoyulan və TV5 Monde telekanalında yayımlanan həftəlik proqramdır. Bu verilişdə həftə ərzində dünyadakı əsas frankofon hadisələrin xronikası verilir.

“Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru Zeynəb Kazımova bildirib ki, auditoriyası yüz minlərlə olan və dünyanın hər tərəfində yayımlanan verilişin sosial şəbəkələrdə də kifayət qədər izləyicisi var. Aparıcının qəzet haqqında sosial şəbəkələrdə paylaşımı gələcəkdə bu verilişin bir bölümünün Azərbaycana həsr olunması ehtimalını yaradır ki, bu da ölkəmizin təbliği baxımından mühüm hadisə ola bilər. Bu, Azərbaycanda yeganə fransızdilli qəzet üçün də vacib məsələdir. Belə ki, sözügedən verilişin əsas ideyası dünyanın müxtəlif ölkələrindən frankofon təşkilatları və insanları tapmaq və onları tanıtmaqdır.

Tarix
2016.12.18 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla