Yuxarı

Polis olduğuma görə... - Generalın oğlu

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis olduğuma görə... - Generalın oğlu

Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuma görə fəxr edirəm.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğlu, Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Həsənov ilk dəfə mətbuata danışıb.

Axar.az xəbər verir ki, AzVision.az-a eksklüziv açıqlamasında N.Həsənov tutduğu vəzifədən məmnun olduğunu, ona göstərilən etimada görə Daxili İşlər naziri Ramil Usubova minnətdarlığını bildirib.

“Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuma görə qürur duyuram. Hər zaman cənab nazirimizin əmr və tapşırıqlarını icra etməyə hazıram. Cənab nazirin bütün göstərişləri vaxtında icra olunur. Bundan sonra da əlimdən gəldiyi qədər vətənimə, dövlətimə xidmət etməyə hazıram. Bütün göstərişlər canla-başla yerinə yetirilir. Özü də necə lazımdır, yerinə yetirilir. Bu günə qədər də bir şikayət yoxdur. Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuma görə fəxr edirəm”.

N.Həsənov atası Zakir Həsənovdan da söz açıb: “Zakir müəllim çox yaxşıdır. Gərgin rejimdə işləyir. Heç bir problem yoxdur. İşlər yaxşı gedir. Münasibətlərimiz də çox yaxşıdır”.

Qeyd edək ki, Nazim Həsənov Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğludur. O, hazırda Baş Mühafizə İdarəsinin Nərimanov Rayon İdarəsinin rəis müavini vəzifəsində çalışır. Nazim Həsənov buna qədər Baş Mühafizə İdarəsinin Suraxanı Rayon Şöbəsinin rəis müavini vəzifəsini tutub.

Tarix
2016.12.19 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla