Yuxarı

Şura QHT-lər üçün təlim keçirdi - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şura QHT-lər üçün təlim keçirdi - Foto

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün “İctimaiyyətlə əlaqələrin qurulması” mövzusunda 2 günlük təlim keçirib.

Axar.az xəbər verir ki, şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Şuranın yarandığı vaxtdan əsasnaməsinə uyğun olaraq QHT-lərə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat və təşkilati-texniki xidmət göstərdiyini qeyd edib. E. Behbud QHT-lərin ictimaiyyətlə əlaqələrin qurulmasını peşəkar əsasda həyata keçirməsinin icra etdikləri layihələrin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını deyib. Mətbuat xidmətinin rəhbəri QHT-media əməkdaşlığının inkişaf etdirilməsinin mexanizmləri haqqında fikirlərini bildirib.

20 təşkilatın qatıldığı tədbirin təlimçisi PR menecer, Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov olub. Təlimdə PR strategiyasının müəyyənləşdirilməsi, sosial şəbəkələr və media qurumları ilə əlaqələrin qurulması, brifinqin, mətbuat konfransının keçirilməsi, press-relizin hazırlanması, təşkilatın fəaliyyətini qiymətləndirmək üçün SWOT-analizin aparılması və digər mövzularda təqdimatlar edilib və qrup işləri icra olunub. Təlim praktik məşğələlərlə davam etdirilib.

Tarix
2016.12.19 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla