Yuxarı

Bu nazirlikdə yoxlama keçirildi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirlikdə yoxlama keçirildi

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan Axar.az-a bildiriblər ki, iclasda dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən və "Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu"ndan ayrılan vəsaitlər üzrə xərclərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. İclasda cari məsələlərə də baxılıb.

Tarix
2016.12.20 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla