Yuxarı

Bu saytlara məhdudiyyət qoyuldu

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu saytlara məhdudiyyət qoyuldu

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanına uyğun olaraq “ASAN Viza” sisteminin yaradılması təmin edilib, www.evisa.gov.az portalı vasitəsilə elektron vizaların verilməsinə başlanılıb.

“ASAN Xidmət”in İnformasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, bununla belə, oxşar saytlar vasitəsilə Azərbaycana gəlmək istəyən əcnəbilərə elektron vizaların verilməsi xidməti həyata keçirilirdi.

“Həmin saytlar dövlətin rəsmi elektron viza portalı təəssüratı yaradaraq, e-viza xidmətlərini qanunvericilikdə müəyyən edilən prosedurlardan fərqli, nəzərdə tutulan dövlət rüsumundan isə dəfələrlə artıq ödəniş almaqla həyata keçiriblər. Bu da öz növbəsində elektron viza almaq üçün müraciət edən şəxslərdə çaşqınlıq yaradıb və haqlı olaraq kütləvi narazılığa səbəb olub. Azərbaycana gəlmək üçün elektron vizanın verilməsi dövlətin müstəsna səlahiyyətidir və bu cür hallar isə ölkənin imicinə zərər verən amillərdən biridir. Qeyd olunanları nəzərə alaraq çaşqınlığın aradan qaldırılması məqsədilə həmin saytların üzərinə müvəqqəti məhdudiyyətlər qoyulub. Bununla əlaqədar həmin domain sahibləri ilə görüşülüb, müzakirələr aparılıb. Bu cür halların baş verməməsi üçün həmin saytlarda Azərbaycan Respublikasının rəsmi elektron viza portalı “ASAN Viza” sistemi haqqında məlumat və elektron vizanın alınması üçün www.evisa.gov.az portalına keçidin yerləşdirilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.

Tarix
2016.12.22 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla