Yuxarı

Bakı ətrafında ali məktəblər yaradıla bilər

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ətrafında ali məktəblər yaradıla bilər

Bakı şəhərinin 2035-ci ilədək Ərazidən İstifadə və Zonalaşdırma Planına (baş plan) əsasən, Bakətrafı ərazilərdə bir neçə ali məktəbin və onların filialının yaradılması nəzərdə tutulub.

APA adıçəkilən sənədə istinadən xəbər verir ki, sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Qeyd edilən müddətədək Ələt qəsəbəsində biznes idarəçiliyi üzrə ixtisaslaşmış yeni universitetin yaradılması təklif edilir. Bununla yanaşı, Ələtdə ticarət, Qobustanda isə metallurgiya sektorları üzrə ixtisaslaşmış peşə təhsili müəssisələri yaradıla bilər.

Baş planda qeyd edilib ki, 2035-ci ilədək Mərdəkan qəsəbəsində kənd təsərrüfatı, turizm, və səhiyyə sektorları üzrə ixtisaslaşmış universitetin yaradılması məqsədəuyğundur. Zirə qəsəbəsində isə Mərdəkanda təklif edilən universitetin filialı açıla bilər. Bundan başqa, Türkan qəsəbəsində turizm sektoru üzrə ixtisaslaşmış peşə məktəbinin yaradılması da təklif edilir.

Sənədin müəllifləri hesab edir ki, Lökbatanda və Xırdalanda fəaliyyəti yerli əmək bazarı tələbləri ilə uyğunlaşan peşə məktəblərinin yaradılması məqsədəuyğundur.

Tarix
2016.12.22 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla