Yuxarı

Dövlət başçısı bu məsələni daim diqqətdə saxlayır - Deputat

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət başçısı bu məsələni daim diqqətdə saxlayır - Deputat

Prezident İlham Əliyevin tapşırığı ilə Tarif (qiymət) Şurasının bir müddət əvvəl elektrik enerjisi və təbii qaz tariflərinə tətbiq etdiyi limitlə bağlı qərarına yenidən baxması dövlət başçısının əhalinin sosial problemlərini daim diqqətdə saxlamasından xəbər verir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Şuranın əvvəlki qərarı iqtisadi zərurətdən irəli gəlsə də, əhalinin müəyyən aztəminatlı hissəsinə bu limit kifayət etmirdi: "Əhalinin müəyyən təbəqəsi var ki, onların sosial vəziyyəti ağırlaşıb. Prezident sosial problemləri nəzarətdə saxlayaraq və çoxsaylı müraciətləri nəzərə alaraq məsələyə reaksiya verdi. Bu qərar atıq köhnə qiymətlərlə ödəniş edən abunəçilərin sayını xeyli dərəcədə artıracaq, qalan vəsaitlərin digər zəruri ehtiyaclara sərf edilməsinə səbəb olacaq. Bu bir daha onu göstərir ki, dövlət həmişə vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasını diqqətdə saxlayır".

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Xatırladaq ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

Tarix
2016.12.23 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla