Yuxarı

“Uzuncorab Pippi” təqdim edildi - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Uzuncorab Pippi” təqdim edildi - Foto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin "Uzuncorab Pippi" səhnə əsərinin premyerası olub. A.Lindqren eyni zamanda "Damda yaşayan Karlsson", "Lönneberqalı Emil", "Madiken", "Robberin qızı Ronya" və s. əsərlərin də müəllifidir.

İlk dəfə azərbaycan dilində nümayiş olunan "Pippi" tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və "Azərsell" şirkətinin birgə layihəsinin məhsuludur.

"Azərsell"dən Axar.az-a verilən məlumata görə, sözügedən teatr layihəsi bu ilin əvvəlində səfirlik, "Azərsell" şirkəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə kitab layihəsinin davamı olaraq təqdim olunur. Belə ki, qeyd olunan kitab layihəsi çərçivəsində Astrid Lindqrenin əsərlərindən ibarət 9 ədəd uşaq kitabı azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuş və 610 qaçqın məktəbinin kitabxanalarına hədiyyə edilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan "Balaca və damda yaşayan Karlsson" tamaşası istisna olmaqla, demək olar ki, bu layihəyə qədər Astrid Lindqrenin əsərləri azərbaycan dilində mövcud deyildi. Astrid Lindqrenin səhnə əsərinin əsl ruhunu əks etdirmək məqsədilə, səfirlik İsveçin tanınmış teatr rejissoru Ronny Danielssonu tamaşanın hazırlanması prosesinə cəlb etmişdir. "Azersell"in pay sahiblərindən olan "Telia" şirkətinin maliyyə dəstəyi ilə Ronny Danielsson iki dəfə Bakıya səfər etmiş, Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə görüşüb, "Uzuncorab Pippi" əsərinin məşqlərində yaxından iştirak edib.

Layihə tərəfdaşları Astrid Lindqren yaradıcılığını geniş Azərbaycan auditoriyasına təqdim etməklə hər bir uşağın cəmiyyət üçün əhəmiyyəti və onun kamil bir şəxsiyyət kimi formalaşmasının vacibliyini diqqətə çatdırır. Doğrudan da, uşaqlar istər Azərbaycan, istər İsveç, eləcə də digər ölkə vətəndaşlarının həyatında ən böyük sevincdir və Astrid Lindqren öz yaradıcılığında uşaqların orijinal yaradıcılıq qabiliyyətini ən yüksək səviyyədə təsvir edir.

Səfirlik eyni zamanda, Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində addımlar atmaqdadır ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.

"Uzuncorab Pippi" tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bədii şurasının qərarı ilə teatrın repertuarına daxil edilib və 2016-cı il oktyabr ayından etibarən noyabr ayındakı orta məktəb tətili də daxil olmaqla iki həftədən bir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq.

Tarix
2016.10.31 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İordaniyanın baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla