Yuxarı

Millət vəkili pantomim aktyorumuzu təbrik etdi – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili pantomim aktyorumuzu təbrik etdi – Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva xalq artisti Pərviz Məmmədrzayevlə Mədəniyyət Komitəsində görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili aktyoru 50 illik yubileyi münasibəti ilə təbrik edib, ona Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib.

“Sizi - tanınmış pantomim aktyoru və respublikamızın xalq artistini əlamətdar yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik sənətçi kimi ün qazanmısız. Müxtəlif ölkələrdə keçirilən fərqli festival və seminarlarda uğurla iştirak etmisiz.

Siz 2010-cu ilin may ayında “Simsar” teatr-studiyasını yaratmısız. 2013–2016-cı illərdə isə Akademik Milli Dram Teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışmısız. 2017-ci ildən Azərbaycan Dövlət Muisiqili Teatrında aktyor kimi fəaliyyət göstərirsiniz. 08.01.2017-ci ildə təsis olunmuş “Human” teatrının həmtəsisçisi və bədii rəhbərisiz. 2001-ci ildən səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastika və pantomim fənləri üzrə dərs keçirsiz, gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak edirsiz.

Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımızı yetirirəm!

Yubileyiniz mübarək olsun!”

Millət vəkili xalq artistinə üzərində “Qarabağ - Azərbaycandır!” yazılmış qol saatı da hədiyyə edib.

Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Tarix
2021.02.20 / 20:35
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla