Yuxarı

Xalq artisti: "O teatr bağlanmalıdır!" - Qalmaqal

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: "O teatr bağlanmalıdır!" - Qalmaqal

Bircə dəfə müraciət eləsəm, bütün kəndlər tökülüb gələr.

Bu sözləri xalq artisti Ramiz Məlik ODA teatrının onu məhkəməyə verməsi ilə bağlı Axar.az-a danışarkən deyib:

"ODA teatrı qələt eləyir. Cürbəcür əxlaqsız tamaşalar səhnələşdirirlər, Azərbaycan gəncliyini başqa yola çəkmək istəyirlər. Məgər bir vətəndaş kimi biz buna öz münasibətimizi bildirə bilmərik? Bu, onların acığına gəlir? Ayaz Salayev deyir ki, 13-14 yaşlı Azərbaycan qızları, soyunun, səhnəyə gəlin. "Suriyalı" adlı tamaşa qoyublar, özü də mavilərdən. Suriyada acından ölənlərin, qaçqınların, ata-anasını itirmiş uşaqların, arvadını itirmiş kişilərin, ərini itirmiş qadınların məşəqqətli taleyindən tamaşa qoymaq olmazdı? Gərək elə suriyalı mavidən tamaşa qoysunlar? Bu nə deməkdir? Azərbaycanın mentaliteti, qüruru, mənəviyyatı var. Azərbaycan gəncliyini niyə bu yola çəkirsiniz?

Kim məni məhkəməyə verə bilər? Mənim arxamca bütün xalq gələr ora. Onlar özləri bunu yaxşı bilirlər. Bircə dəfə müraciət eləsəm, bütün kəndlər tökülüb gələr. Əgər məni məhkəməyə versələr, əksinə, mən onlardan təzminat alacağam. O təzminatı da vətən uğrunda şəhid olanların ailələrinə verəcəyəm.

ODA teatrının lisenziyası yoxdur. Özəl teatrlara da lisenziya verirlər. Onların lisenziyasız işləməyə, bilet satmağa ixtiyarları yoxdur. Vergilər Nazirliyi bilet satdıqlarına görə onları məhkəməyə verə bilər.

Görək məhkəmədə kim udacaq. Mən uşaq deyiləm, 72 yaşım var, xalq artistiyəm, Azərbaycan sənətkarıyam. Ayaz Salayev də, ODA teatrı da yaxşı fikirləşsin. O teatr bağlanmalıdır. O, bizim mentalitetə, mənəviyyata əks olan, Azərbaycan gəncliyini əxlaqsız yola çəkən antiteatrdır".

Qeyd edək ki, ODA Teatrının rəhbəri Elmin Bədəlov AzNews.az-a açıqlamasında xalq artisti Ramiz Məliki onları təhqir etdiyinə, teatrı əxlaqsızlıqda günahlandırdığına görə məhkəməyə verəcəyini deyib.

Tarix
2015.10.02 / 14:10
Müəllif
Nigar An
Digər xəbərlər

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla