Yuxarı

Aktyorlar arasında əxlaqsızlıq söhbəti böyüdü

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyorlar arasında əxlaqsızlıq söhbəti böyüdü

Ramiz Məlik şəxsimi təhqir etmiş olsaydı, məhkəməyə müraciət etməzdim.

Bu sözləri Axar.az-a ODA teatrının rəhbəri Elmin Bədəlov deyib.

Onun sözlərinə görə, xalq artisti R.Məlik növbəti dəfə təhqirə yol verib: "O, rəhbəri olduğum teatrı və əməkdaşlarımızı aşağılayıb.

Buna görə 200 min manat təzminat tələbi ilə məhkəmə iddiası qaldıracağıq. Bununla da teatrın imicinə dəyən zərəri kompensasiya etmək üçün bu təzminatı reklama yönəldəcəyik".

E.Bədəlov xalq artistinin əvvəlki ittihamlarına əhəmiyyət vermədiklərini söyləyib. Gənc aktyor hesab edir ki, R.Məlik onların tamaşalarına baxmadan qiymət verir:

"Ramiz Məlikin 72 yaşı var, ağsaqqal adamdır, hər dəfə bizim tamaşaları əxlaqsızlıq adlandırır. Biz nə homoseksualizmi təbliğ edirik, nə qızları soyunmağa çağırırıq, nə də Ramiz Məliki soyunmağa dəvət edirik. Özümüz soyunmuşuq.

Bu vaxta kimi fikirləşirdik ki, köhnə nəslin insanıdır, ötən əsrdə qalıb. Onun ağır sözlərinə tolerant yanaşırdıq. Sonuncu çıxışında yenə bizi aşağıladı. Onunla şəxsi-qərəzçiliyimiz yoxdur. Üzr istəsə, məhkəmə iddiasından vaz keçə bilərik".

Teatr rəhbərinin fikrincə, əxlaq meyarlarını ölçmək R.Məlikə qalmayıb: "Xalq artistləri tamaşalarımıza baxmadan qiymət verirlər. Bizim bu tamaşalarda hansı mesajları verdiyimizi bilmirlər.

Ayaz Salayev tamaşamıza gəlmişdi. Demişdi ki, açıq-saçıq səhnələr oynamaq lazımdır. "Suriyalı" tamaşasında isə homoseksualizmi təbliğ etmirik. Bu, Orxan Bahadursoyun eyni adlı romanının ssenarisi əsasında tamaşaya qoyulub. Əsərdə Suriyadan qaçqın düşən homoseksualdan bəhs olunur".

E.Bədəlov teatrın lisenziyasız fəaliyyətinə də toxunub: "Ramiz Məlik dünyada nə qədər müstəqil teatr olduğunu araşdırsın.

Bizdə Yuğ və Pantomima teatrları da müstəqil fəaliyyət göstərib. Daha sonra dövlət qeydiyyatına alınıb. Dünyada belə teatrlar çoxdur".

Qeyd edək ki, R.Məlik ODA teatrını əxlaqsızlığı, homoseksualizmi təbliğdə ittiham edib. Teatr rəhbəri onu məhkəməyə verməyə hazırlaşır.

Tarix
2015.10.02 / 17:16
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla