Yuxarı

Meşə heyvanları zəlzələni insanlara çatdırır – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meşə heyvanları zəlzələni insanlara çatdırır – Foto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tamaşa şair-publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun "Biri vardı, biri yox" pyesi əsasında hazırlanacaq.

Eyniadlı yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Yeni səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər.

Tamaşanın mövzusu meşə heyvanlarının zəlzələ olacağı barədə xəbəri insanlara çatdırmaq, onları bu təbii fəlakətdən xilas etmək haqqında öz aralarındakı məsləhətləşmələri, insanlara kömək etmək istəklərinə qarşı rastlaşdıqları maneələri necə dəf etmələrindən bəhs edir.

Yeni tamaşa uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara kömək əli uzatmaq kimi nəcib hissləri aşılayır.

Tamaşanın premyerası noyabrın 1-nə planlaşdırılır.

Tarix
2015.10.06 / 01:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla