Yuxarı

İsrafil İsrafilov ölkəmizi təmsil edəcək

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrafil İsrafilov ölkəmizi təmsil edəcək

Oktyabrın 8-dən 10-dək Türkmənistanın Mərv (Marı) şəhərində TÜRKSOY-a daxil olan ölkələrin Teatr Direktorları Şurasının toplantısı keçiriləcək.

Axar.az xəbər verir ki, toplantıda ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov təmsil edəcək. Bu, türkdilli ölkələrin milli teatr rəhbərlərinin üçüncü toplantısıdır.

Qeyd edək ki, bu il Türkmənistanın Mərv şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub. Toplantıda türkdilli ölkələr arasında teatr sahəsində işbirliyi, TÜRKSOY-un elan etdiyi "Haldun Tanər ili" çərçivəsində həyata keçirilən işlər, qardaş teatrlar arasında repertuar mübadiləsi və digər məsələlər müzakirə ediləcək. Həmin tarixdə Mərv Dövlət Teatrında TÜRKSOY-a üzv ölkələrin teatr tamaşalarına baxış da olacaq.

Tarix
2015.10.07 / 16:21
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla