Yuxarı

Teatrda işləmək istəyənlərin nəzərinə

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teatrda işləmək istəyənlərin nəzərinə

Azərbaycan Dövlət Musiqili Teatrı yeni müsabiqə elan edir.

Teatrdan Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Teatrında yeni teatr siyasətinin formalaşmasını, gənc istedadların dəstəklənməsini, yaradıcılıq və kadr potensialının yüksəldilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış Komissiya Azərbaycan Dövlət Musiqili Teatrına işə qəbulla bağlı müsabiqə elan edir.

Müsabiqənin şərtləri:

- Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.

- Sənədlərin qəbulu 01 dekabr 2015-ci ilə qədər davam edəcək.

Tələb olunan sənədlər:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış)

- Əmək kitabçasının surəti

- Tərcümeyi-hal

- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

- 2 fotoşəkil (3x4)

- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri.

Əlaqə telefonları: Kadrlar şöbəsi: (012) 493 88 37 (daxili nömrə: 194) Qəbul otağı: (012) 498 13 21 E-mail ünvanı: musiqiliteatr-kadı[email protected]

Tarix
2015.10.09 / 14:19
Müəllif
Nigar An
Digər xəbərlər

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla