Yuxarı

Keyxanım: “Afaq Bəşirqızıdan halallıq almışam”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keyxanım: “Afaq Bəşirqızıdan halallıq almışam”

Azərbaycan Dövlət Musiqili Teatrında 17 oktyabr saat 19.00-da "Mən dəyərəm min cavana" tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızının oynadığı Güldəstə obrazını bu dəfə aktrisa Ülviyyə Əliyeva canlandıracaq. Çoxlarının televiziyadan "Keyxanım" kimi tanıdığı Ü.Əliyeva bundan böyük şərəf duyduğunu bildirib:

"Mənə qədər bu obrazı Azərbaycanımızın böyük aktrisası, mənim ustadım Afaq xanım Bəşirqızı ifa edib. Teatrdan bu rol mənə təklif olunanda ilk növbədə Afaq xanımla əlaqə saxladım, ondan halallıq aldım. İnanıram ki, mənə göstərilən etimadı doğruldacaq, Güldəstə obrazını öz ifamda tamaşaçılara sevdirə biləcək və bu obrazın sevilən ifaçısı ola biləcəyəm".

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Rolları xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə və başqaları ifa edirlər.

Tarix
2015.10.13 / 17:34
Müəllif
Nigar An
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla