Yuxarı

Gənc Tamaşaçılar treninqlərə start verdi – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc Tamaşaçılar treninqlərə start verdi – Foto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin ilk treninqi baş tutub.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, treninq iştirakçılarını qəbul edib salamlayan teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov keçirilən treninqin məramı, məqsədi və teatrın struktur quruluşu, onun tarixi və fəaliyyət növləri haqqında məlumat verib.

Daha sonra teatr rəhbəri treninqlərdə marketinq fənnini tədris edəcək Beynəlxalq Treninq Mərkəzinin sədri, Beynəlxalq layihələr üzrə koordinator Şaiq Səfərovu iştirakçılara təqdim edib. Bir həftə davam edəcək kursda teatr tarixi və teatrın struktur quruluşu sahəsi üzrə dərsləri teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov, ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, marketinq üzrə isə Ş.Səfərovla yanaşı, İqtisad Universitetinin marketinq kafedrasının pedaqoqları tədris edəcəklər.

Qeyd edək ki, kursları uğurla başa vuran mütəxəssislər Beynəlxalq Treninq Mərkəzinin, Dövlət Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin xüsusi sertifikatları və yüksək maaşla təmin olunacaqlar.

Tarix
2015.10.16 / 01:38
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla