Yuxarı

Əməkdar artist İsrafilov haqda “sirri” açdı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar artist İsrafilov haqda “sirri” açdı

Özümü daha geniş mənada təsdiqə doğru getdiyim bir vaxtda İsrafil İsrafilov məni işdən çıxardı.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Telman Əliyev "Atv.az"a müsahibəsi zamanı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov ətrafında baş verən qalmaqallardan danışarkən deyib:

"Həsənağa Turabov və Əlabbas Qədirovdan sonra teatra yeni direktor təyin olundu. O vaxtdan bəri gözüm almırdı İsrafil İsrafilovu. Çünki bura ənənəyə bağlı teatrdır. Özümü daha geniş mənada təsdiqə doğru getdiyim bir vaxtda İsrafil İsrafilov məni işdən çıxardı. Teatra gəldiyi gündən illüziyalar sərgiləyirdi. Onun verdiyi vədlərə inanmırdım. Axı sənətdən başqa, həm də idarəetməni bilirəm. Deyirdi ki, "sizin səfərləriniz yalnız xarici dövlətlərdə olacaq. Ən aşağı 800 manat maaş alacaqsınız və s." Bunu reallaşdırmaq üçün böyük bir yükün altına girmək lazım idi. Axı İsrafil İsrafilov bu qədər əziyyətin içinə girəcək insan deyil".

Əməkdar artist Azdramada İsrafilova qarşı kampaniyanın yaranma səbəblərindən də söz açıb:

"Heç kimin deyə bilmədiklərini ona demişəm. Ancaq elə davranırdı ki, sanki mən heç nəyəm. Hamının mənim kimi düşündüyünü görəndə aktyorlara qarşı çıxmağa başladı. Bilindi ki, İsrafil İsrafilov tənqidi sevmir. O təkbaşına idarəçiliyi seçmişdi. Direktor vəzifəsinə başlayanda teatrın bədii və texniki personalının əlli faizini dəyişdi. Hətta baş rejissor və digər rejissorlar da teatrda ixtisar olundu. Yalnız qısa müddətli müqavilə rejiminə keçildi. Müqavilə "mən istədiyim vaxt səni uzaqlaşdıra bilərəm" deməkdir. YUĞ teatrını Akademik Milli Dram Teatrına daşıdı. Ölkənin öndə gedən sənətkarları, aktyorları isə kənarda qaldı. Bundan sonra bütün söz-söhbətlər başladı".

Tarix
2015.10.18 / 18:27
Müəllif
Nigar An
Digər xəbərlər

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla