Yuxarı

“Prezidentin fərmanı mənə ən böyük hədiyyədir”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prezidentin fərmanı mənə ən böyük hədiyyədir”

Musiqili Teatrın aktyoru Əzizağa Əzizov 55 yaşını qeyd edir.

Axar.az xəbər verir ki, əməkdar artist Əzizağa Əzizov 55 yaşının tamam olması münasibətilə onu təbrik edənlərə təşəkkürünü bildirib və bu yaxınlarda fəxri ada layiq görülməsindən danışıb:

"Təqribən 25 ildir ki, ad günümü təntənəsiz-təmtəraqsız – çox adi şəkildə evdə ailə üzvlərimlə birgə qeyd edirəm. Bu il də istisna olmayacaq. Dostlar, tanışlar, həmkarlarım, hətta tamaşaçılar zəng vurub təbrik edirlər. Hamınız sağ olun, var olun! Bildiyiniz kimi, bu yaxınlarda əməkdar artist fəxri adına layiq görüldüm. Sənətimi bu cür yüksək qiymətləndirdiyinə görə bir daha ölkə başçısına – Prezident İlham Əliyev cənablarına təşəkkür edirəm. Doğum günüm ərəfəsində mənə verilmiş bu yüksək qiyməti, fəxri adı 55 illik yubileyimlə bağlı ən böyük hədiyyə hesab edirəm".

Qeyd edək ki, Əzizov Əzizağa 20 oktyabr 1960-cı il tarixində anadan olub. Bir çox səhnə əsərlərində canlandırdığı unudulmaz obrazlarla yadda qalan Əzizağa Əzizov Azərbaycan tamaşaçısına daha çox "Aramızda qalsın" serialında oynadığı Əjdər rolu ilə tanışdır.

Tarix
2015.10.20 / 12:18
Müəllif
Nigar An
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla