Yuxarı

Səhnəyə “Karamazov qardaşları” çıxır

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səhnəyə “Karamazov qardaşları” çıxır

Oktyabrın 29-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində F.M.Dostoyevskinin "Karamazov qardaşları" əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası olacaq.

Axar.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi İranə Tağızadədir.

Tamaşada baş rolları əməkdar artistlər Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, aktyorlar Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, İlqar Həsənov ifa edəcəklər. Tamaşanın baletmeysteri əməkdar artisti Aleksandr Nikuşina, quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.

Qeyd edək ki, insanı xeyirxahlığa, dürüstlüyə, namuslu olmağa və həyatsevərliyə səsləyən "Karamazov qardaşları" F.M.Dostoyevskinin ən həcmli əsəridir. Əsərdə ədib avam, geridə qalmış Karamazovlar ailəsinin simasında insan qəlbindəki xeyir və şərin əbədi mübarizəsini, Allah və yaxud iblis arasındaki seçimi əks etdirib.

Tarix
2015.10.24 / 01:31
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla