Yuxarı

Xalq artisti: “Gülnar Salmanova buradadır”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: “Gülnar Salmanova buradadır”

Bir neçə gün əvvəl vəfat edən əməkdar artisti Gülnar Salmanovanın xatirəsi Musiqili Teatrda yad edilib.

Teatrdan Axar.az verilən məlumata görə, Üzeyir Hacıbəylinin "Ər və arvad" tamaşasının budəfəki nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub. Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova və başqaları ifa ediblər.

Xatirə gecəsində çıxış edən xalq artisti Fatma Mahmudova Gülnar Salmanovanın hələ də yaşadığını bildirdi:

"Tamaşamızın budəfəki nümayişini sənət dostumuz Gülnar Salmanovanın xatirəsinə həsr etdik. Bu, bizi daha da yaxşı, daha da ilhamla oynamağa sövq etdi. Tamaşa boyu elə bilirdik ki, uzun illər səhnəni bölüşdüyümüz aktrisamızın ruhu da bizimlə burada – bu səhnədə, bu zaldadır".

Xatırladaq ki, əməkdar artist Gülnar Salmanova oktyabrın 24-də uzun sürən xəstəlikdən vəfat edib.

Tarix
2015.10.27 / 18:06
Müəllif
Nigar An
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla