Yuxarı

Azərbaycanın “İlahi oyun”u Belarusda

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın “İlahi oyun”u Belarusda

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı noyabrın 19-dan 26-dək Belarusda keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda "İlahi oyun" tamaşası ilə iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq tədbir MDB və Baltikyanı ölkələri, Gürcüstanı əhatə edir. Tədbir Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında "İlahi oyun" tamaşası ilə açılacaq.

"Kitabi-Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac" boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər.

Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədi ilə təşkil olunur.

Tarix
2015.10.30 / 01:23
Müəllif
Nigar An
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla