Yuxarı

Avropadan Azdramaya təklif

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropadan Azdramaya təklif

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələri genişlənir.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, MDB, Avropa və türkdilli ölkələrin teatrları ilə qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin, qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri nəzərdə tutulub.

Hazırda Makedoniya Milli Dram Teatrı Akademik Milli Dram Teatrına əməkdaşlıqla bağlı müraciət edib. Müraciətdə qeyd olunan məsələlərin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Mətbuat xidmətindən əlavə ediblər ki, Monteneqronun Azərbaycandakı səfirinin iştirakı ilə qeyd olunan ölkənin teatrı Akademik Milli Dram Teatrına əməkdaşlıq təklifi ilə çıxış edib.

Yaxın vaxtlarda hər iki teatrın direktorunun görüşü nəzərdə tutulub.

Tarix
2015.11.03 / 16:44
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla