Yuxarı

Rus Dram Teatrı Sankt-Peterburqa getdi – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus Dram Teatrı Sankt-Peterburqa getdi – Foto

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qastrol zamanı Vasilevskidəki Dövlət Dram Teatrının səhnəsində 2 tamaşa nümayiş etdiriləcək.

Noyabrın 11-də xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşu ilə Mixail Lermontovun "Maskarad" tamaşası oynanılacaq. Bu tamaşada rejissor həm də Arbenin rolunu ifa edir.

Xatırladaq ki, tamaşanın premyerası 2013-cü il noyabrın 24-də olub. Tamaşa məşhur rus şairi M.Lermontovun 200 illik yubileyinə həsr olunub.

Noyabrın 12-də isə peterburqlular A.Şarovskinin quruluşunda məşhur fransız dramaturqu Jan Rasinin "Fedra" tamaşasını izləyəcəklər. Qastrol səfəri noyabrın 13-də başa çatacaq. Hər iki tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Tarix
2015.11.10 / 18:49
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla