Yuxarı

Sevinc Elsevərin pyesi səhnələşdirilir – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevinc Elsevərin pyesi səhnələşdirilir – Foto

Yazar Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi əsasında "Arzu və Murad" adlı tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Yeni səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu əsərin əsas ideyasını təşkil edir.

Tamaşanın premyerası dekabr ayının birinci yarısına nəzərdə tutulub.

Xatırladaq ki, yazar Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi "Hədəf" Nəşrlər Evi və Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə keçirilən "Anamın kitabı" mükafatının pyes müsabiqəsində qalib olmuşdu və qaydalara görə qalib olan pyes GTT-da səhnələşdirilməli idi.

Tarix
2015.11.18 / 18:33
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla