Yuxarı

Nazirlik Qaranohur gölü ilə bağlı hərəkətə keçdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Qaranohur gölü ilə bağlı hərəkətə keçdi - Video

13:37

İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, “Şahdağ” Milli Parkının ərazisində yerləşən Qaranohur gölü baxımsız vəziyyətdədir.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Görüntülərdə gölün adı yazılan və bir neçə digər plakatın istirahətə gələn şəxslər tərəfindən qırıldıdığı, ətrafın tullantılarla çirkləndirildiyi əks olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sorğumuza cavab olaraq bildirib ki, təəssüf ki, hər il istirahət mövsümündə dincəldiyimiz hər guşədə, çay kənarlarında, dağ çaylarının hövzələrində və digər təbiət ərazilərində tullantılarla qarşılaşırıq:

"Qaranohur gölü marşrutu da istisna deyil – ərazi əməkdaşlarımız tərəfindən mütəmadi olaraq təmizlənsə də, eyni xoşagəlməz mənzərə təkrar-təkrar yaşanır. Belə halları birmənalı olaraq pisləyir və qınayırıq".

O qeyd edib ki, artıq ərazidəki tullantılar yığışdırılıb, zədələnmiş plakatlar yenilənib, maarifləndirici nişanlar bərpa olunub, həmçinin marşrut boyunca növbəli nəzarət təşkil edilib:

“Təbiətsevər vətəndaşımızın bu məsələ ilə bağlı paylaşımını təqdir edir və təşəkkür edirik. Ümid edirik ki, bu cür paylaşımlar istirahət mədəniyyətinin formalaşmasına və ictimai qınağın güclənməsinə töhfə verəcək.

ETSN tərəfindən tullantılarla mübarizə istiqamətində davamlı təbliğat aparılır, təmizlik aksiyaları təşkil olunur. Lakin nəticə hələ ki ürəkaçan deyil. Düzdür, ildən-ilə belə hallar azalır, daha çox fəal bizə qoşularaq dəstək verir.

Gəlin istirahət etmək üçün üz tutduğumuz ərazilərdə hamılıqla təmizliyə riayət edək, tullantıları zibil qutusuna ataq və bu cür utancverici mənzərə ilə rastlaşmayaq. Ətraf mühitimizi birgə qoruyaq”.

Tarix
2025.07.29 / 14:21
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla