Yuxarı

Akif Əlizadə ordenlə təltif edildi: 3 sərəncam, 5 fərman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənub Qaz Dəhlizinin yaradılması və AMEA prezidenti Akif Əlizadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulub.

Prezidentin imzaladığı digər sərəncamda qeyd olunur ki, "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində (bundan sonra - Layihələr) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara alır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini (bundan sonra - Cəmiyyət) təsis etsin".

Dövlət Komissiyasına bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurası haqqında dəyişikliklər edilməsi, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 2011-ci il 19 may tarixli Qərarının təsdiq edilməsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi və Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Tarix
2014.02.25 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla