Yuxarı

Mirziyayev Əliyevə məktub ünvanladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirziyayev Əliyevə məktub ünvanladı

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım,

Sizin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəri böyük məmnuniyyətlə qarşıladım.

Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası, Cənubi Qafqaz regionunda davamlı sülhün və dayanıqlı inkişafın təmin olunması istiqamətində Sizin uzun illər ərzində yorulmaz səylərinizin, qətiyyətli siyasi iradənizin, eləcə də cəsarətli və ədalətli təşəbbüslərinizin aydın nəticəsi kimi qiymətləndirirəm.

Sizin rəhbərliyiniz altında son illərdə Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması yolunda əldə olunmuş əhəmiyyətli irəliləyiş xüsusi təqdirə layiqdir.

Bizim üçün həqiqətən qardaş olan Azərbaycan xalqının ciddi sınaqlar və sürətli dəyişikliklər dövründə belə yüksək nailiyyətlər əldə etməsindən sonsuz qürur duyuruq.

Hörmətli İlham Heydər oğlu,

Sizin müdrik və uzaqgörən siyasətiniz təkcə qardaş Azərbaycan xalqının uzun illərdən bəri bəslədiyi ümidlərin tam gerçəkləşməsinə, beynəlxalq arenada nüfuz və hörmətinin artmasına deyil, həm də regionda davamlı sülhün və tərəqqinin möhkəmlənməsinə etibarlı əsas yaradır.

Fürsətdən istifadə edərək, Sizi bu tarixi uğur münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli dövlət fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram".

Tarix
2025.08.20 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla