Yuxarı

"Vəhhabilər də Təzəpirdə namaz qılır" - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Vəhhabilər də Təzəpirdə namaz qılır" - Video

Vəhhabi təriqətindən, sünni məzhəbindən gəlib Təzəpir məscidində namaz qılanlar var. Məzhəbindən aslı olmayaraq, bu şəxslərin hər hansı məsciddə namaz qılmasına mane törədən şəxslər cəzalandırılacaq. Bütün məscidlərin qapısı müsəlmanlara açıqdır.

Axar.az xəbər verir ki, xəbər verir ki, bu sözləri bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ANS-in "Hesabat" verişində Azərbaycanda məzhəb ayrı-seçkiliyinin olmadığından danışarkən bildirib.

Mir Şahinin suallarını cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hazırda məscidlərdə müəyyən çətinliklərin qaldığını, bu problemlərin üzərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə məsləhətləşmələrin keçiridliyini bildirib.

Prezident İlham Əliyev tərəfindən dini icmalar üçün Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat vəsaitin ayrıldığını qeyd edən şeyx bu vəsaitin bir sıra problemlərin həllinə, eləcə də dövlət qeydiyyatından keçən məscidlərin xərclərinə yönləndiriləcəyini qeyd edib.

Şeyx həmçinin Həcc ziyarəti sahəsində müəyyən problemlərdən - qiymətərin bahalığından danışıb. Allahşükür Paşazadə qiymətlərin müəyyən qədər endirildiyini, lakin manatın ucuzlaşmasının qiymətlərə təsir etdiyini qeyd edib.

Həcc ziyarətinə gedənlərinin sayının azalmasında ancaq maddi tərəflərin problem yaratdığını, təhlükəsiziliklə bağlı heç bir problemin olmadığını diqqətə çatdıran şeyx ötən həftə Səudiyyə Ərəbistanında Peyğəmbər məscidi yaxınlığında baş verən terror hadisəsinə toxunub. Terrorun və terrorçuların dininin olmadığını qeyd edən Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının baş verən hadisələrdən sonra təhlükəsizlik tədbirlərini daha da gücləndirəcəyinə inandığını bildirib.

Şeyx Roma Papasının Ermənistana səfərinə də toxunub. O, Papanın gələcəkdə Azərbaycana da səfər edəcəyini, o zaman bəzi məslələri müzakirə etmək üçün imkanının olacağına ümüd etdiyini bildirib.

"Onun İrəvana gəlib, "birinci xristian dünyasına gəldim" deməsi bir siyası məsələ idi. Onların daxilində də bir çox münaqişələr baş verir. Hazırda dünyada böyük bir dini böhran yaranıb. Hər bir din xadimi özünə fikir verməlidir", - deyə şeyx bildirib.

Tarix
2016.07.11 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla