Yuxarı

Xəzərdə su azalır, limanlara gəmilərin qəbulu çətinləşir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, hövzədə suyun azalma prosesi davam edir:

"Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşır və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və s. məsələlərdə problemlər yaşanır. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, canlıların məhv olmasına, adaların yaranmasına səbəb olur. Eyni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır".

M.Babayev həmçinin bildirib ki, son 20 ildə dünyada buzlaqların təxminən 7 faizi məhv olub:

"Bu proses də davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedir. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir".

Tarix
2025.09.02 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğandan Zəngəzur açıqlaması: Problem yoxdur…

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

İlham Əliyev Vyetnam prezidentinə məktub ünvanladı

İlham Əliyev Xı Yınfenlə görüşdü

İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…

Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla