Yuxarı

Tiktokda intim görüntülərlə şantaj edən şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiktok-da "fake" qadın profilləri yaradaraq vətəndaşların qeyri-etik, intim görüntülərini əldə edib, onlardan hədə-qorxu ilə pul tələb edən şəxs polis əməkdaşları tərəfindən ifşa olunub və onun qanunsuz əməllərinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, şübhəli şəxs xüsusi kiber üsul və vasitələrdən istifadə etməklə, domeni gizlədilən profillər vasitəsilə hədəf seçdiyi dövlət qulluğunda çalışan şəxslərin etibarını qazanıb, əldə etdiyi görüntüləri yayacağı ilə hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.

Məlumata görə, vətəndaşların DİN-ə müraciətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalarla həmin profilləri idarə edən 1998-ci il təvəllüdlü Şamil Fətullayev müəyyən edilərək saxlanılıb və məsuliyyətə cəlb olunub.

İlkin məlumata görə, o, cinayətkar fəaliyyətə 700 manatdan başlayan qanunsuz pul tələbləri ilə başlayaraq məbləği daha da artırıb.

Fakt üzrə Ş.Fətullayevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat Xidməti zərərçəkmişlərin şəxsiyyəti barədə sorğunu şərh etməyib. Qurum vətəndaşlara müraciət edərək vurğulayıb ki, sosial şəbəkələrdən istifadə edən hər bir şəxs diqqətli olmalı, yayılma ehtimalı olan şəxsi görüntüləri paylaşmamalıdır.

Əgər kimsə sosial şəbəkələrdə hədə və təhdidə məruz qalırsa, dərhal Daxili İşlər Nazirliyinə müraciət etməli və ictimai təhlükəli əməllərin qarşısının alınmasında təşəbbüskar olmalıdır.

Qeyd edək ki, cinayət işi üzrə onlarla zərərçəkmiş var.

Tarix
2025.09.02 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

Ərdoğandan Zəngəzur açıqlaması: Problem yoxdur…

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

İlham Əliyev Vyetnam prezidentinə məktub ünvanladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla