Yuxarı

Avqustda hava 28 gün normadan yuxarı olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (0.2-6.7 dərəcə), 3 gün isə normadan aşağı (0.5-0.9 dərəcə) olub.

Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, avqust ayının orta aylıq temperaturu 28.4 dərəcə isti olub ki, bu da iqlim normasından 2.7 dərəcə yüksəkdir:

"Ötən ayda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40 dərəcə, bölgələrdə isə 41 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında avqustun 23-də 19.9 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə avqustun 15-də 4.5 dərəcə isti (Şahdağ) qeydə alınıb".

Xidmət rəisi qeyd edib ki, avqust ayının bəzi günlərində dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub:

"Ümumi olaraq bölgələr üzrə 16 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 303 faizi olmaqla (Zaqatala 224 mm) Balakən-Şəki zonasına və aylıq normanın 210 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 12.8 mm) düşüb. Avqustun 7-də Şahdağa, avqustun 13-də isə Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb”.

Nazim Mahmudov onu da qeyd edib ki, avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 5 sarı və 1 narıncı xəbərdarlıq verilib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 22 m/s-dək olub.

Tarix
2025.09.02 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

Ərdoğandan Zəngəzur açıqlaması: Problem yoxdur…

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

İlham Əliyev Vyetnam prezidentinə məktub ünvanladı

İlham Əliyev Xı Yınfenlə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla