Yuxarı

Tıxaca qarşı 5 il ərzində görüləcək işlər... – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tıxaca qarşı 5 il ərzində görüləcək işlər... – Ekspert

Məktəb mövsümü başlamazdan əvvəl Bakıda tıxacların müşahidə olunması təbii haldır. Təkcə paytaxt sakinləri deyil, bölgələrdən də insanlar məktəb alış-verişi, universitetlərlə bağlı sənəd qəbulu və digər işlər üçün Bakıya axın edirlər. Nəticədə şəhərdə sıxlıq yaranır ki, bunu obyektiv səbəb kimi qiymətləndirmək olar. Lakin bu, paytaxtda xroniki tıxacların olmadığı anlamına gəlmir. Əsas məsələ mövcud sıxlıqların tıxaca çevrilməsinin qarşısını almaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Ekspertin sözlərinə görə, Bakı həm paytaxt, həm də turistik və tədbirlərin tez-tez keçirildiyi şəhərdir:

“Burada əhali və iqtisadiyyatın artımı ilə bağlı nəqliyyat yükü də yüksəlib. Məhz buna görə də hökumət tıxac problemini həll etmək üçün xüsusi dövlət proqramı qəbul edib. Bu proqram bütün aidiyyəti qurumlar üçün yol xəritəsi rolunu oynayır. Qurumlar öz fəaliyyətlərini elə qurmalıdırlar ki, 2025-2030-cu illərdə Bakıda və ətraf ərazilərdə sıxlıqlar tıxaca çevrilməsin, mövcud tıxaclar isə ciddi şəkildə azalsın”.

Ekspert əlavə edib ki, proqram çərçivəsində yol örtüklərinin yenilənməsi, alternativ yolların çəkilməsi, ictimai nəqliyyatın – xüsusilə avtobus parkının yenilənməsi, metroda qatarların sayının artırılması kimi tədbirlər həyata keçirilir.

Tarix
2025.09.04 / 07:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla