Yuxarı

Monrealda Azərbaycan nəfəsi: ölkəmizə sonsuz maraq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Monrealda Azərbaycan nəfəsi: ölkəmizə sonsuz maraq

Monreal Kanada-Azərbaycan Cəmiyyəti Monrealda keçirilən Orientalys Festivalında ölkəmizi təmsil edib.

Şərq xalqlarının zəngin mədəniyyətini nümayiş etdirmək məqsədilə təşkil olunan festivalda Azərbaycanın qədim və zəngin mədəniyyəti, müxtəlif bölgələri, tarixi abidələri və coğrafi gözəllikləri haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan Etibar Cəfərovun müəllifi olduğu “The Colors of Azerbaijan” (“Azərbaycanın rəngləri”) kitabı, eləcə də Monreal Kanada-Azərbaycan Cəmiyyətinə komitənin xətti ilə göndərilən digər bütün nəşrlər festival iştirakçılarının xüsusi marağına səbəb olub. Kitabda yer alan rəngarəng və yüksək keyfiyyətli fotoşəkillər vasitəsilə ziyarətçilər Azərbaycanın təbiətini, tarixini və mədəni dəyərlərini vizual olaraq yaxından tanımaq imkanı əldə ediblər.

Festivalda qurulan Azərbaycan stendinə gələn ziyarətçilər kələğayı, araqçın və milli baş örtükləri ilə şəkil çəkdirməyə böyük maraq göstəriblər. Bir çox iştirakçı ölkəmiz haqqında sosial şəbəkələr vasitəsilə məlumatlandığını, Azərbaycanın mədəniyyətinə və insanlarına dərin rəğbət bəslədiyini bildirib.

Ziyarətçilər arasında Azərbaycana turist kimi səfər etmək arzusunda olanlar bu istəklərini ifadə edib, bəziləri isə Formula 1 yarışları zamanı Bakıya səfər etdiklərini və odlar ölkəsinə yenidən gəlmək arzusunda olduqlarını qeyd ediblər.

Tarix
2025.09.05 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla