Yuxarı

Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüksemburqdakı şirkətini bağlayıb, Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb.

Axar.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat və sənədlər yayıb.

O bildirib ki, keçmiş nazirin həyat yoldaşına məxsus Lüksemburqdakı MERCURY HOLDİNGS Sàrl. 2017-ci ildən bu ilin yanvarına qədər fəaliyyət göstərib və birinci il onun aktivlərinin həcmi 82,3 milyon avro olub:

“Aliyə Babayeva Britaniyada eyni adlı şirkəti 2023-cü ilin fevralında təsis edib, bu ilin yanvarında Lüksemburqdakı şirkət ləğv olunan kimi Britaniya Şirkətlər Evində yeni şirkətin benefissiarı elan olunub.

Aliyə Babayeva Avropadakı əsas şirkəti üzərindən Gürcüstanın sığorta bazarında aktiv olan JSC PRİME INSURANCE-yə də nəzarət edir. 2023-cü ili əhatə edən son maliyyə hesabatına görə Babayevanın sığorta şirkətinin aktivləri 11 milyon 828 min lari olub”.

Qeyd edək ki, Heydər Babayevin Azərbaycanda yüksək vəzifəyə təyin olunana qədər də Avropada biznesi vardı. Belə ki, o, 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə isə iqtisadi inkişaf naziri olub.

Tarix
2025.09.07 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla