Yuxarı

Bu universitetlərin diplomu Azərbaycanda tanınmır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə 11 illik orta məktəb attestatı ilə xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınıb-tanınmaması məsələsi müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, təhsil eksperti İlqar Orucov Musavat.com-a bu prosesin tam olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarla tənzimləndiyini və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirildiyini bildirib:

“Bu qaydalardan kənarda heç bir şəxsi yanaşma ola bilməz. Agentlik mövcud qaydalar çərçivəsində müvafiq qiymətləndirməni aparır, diplomu ya təsdiq edir, ya da imtina edir. Əgər universitet öz ölkəsində akkreditasiyadan keçibsə, fəaliyyətinə icazəsi varsa və Azərbaycan qanunvericiliyinə uyğun prosedurlara əməl olunubsa, həmin diplomların tanınmaması mümkün deyil”.

Ekspert deyib ki, bəzən yanlış olaraq “attestatla imtahansız xaricdə qəbul yoxdur” fikri səsləndirilir:

“Bu, doğru deyil. Dünyada bir çox universitetlər var ki, onlar attestatla qəbul aparır. Sadəcə əlavə olaraq beynəlxalq imtahan nəticələri, sertifikatlar və ya digər sənədlər tələb oluna bilər. Məsələn, bəzi universitetlər SAT, A-level, TOEFL, IELTS kimi imtahanların nəticələrini istəyirlər. Amma bununla yanaşı attestat qiymətləri də nəzərə alınır”.

Ekspert əlavə edib ki, attestat rəsmi olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən verilən və dövlətin tanıdığı sənəddir:

“Attestat dövlət sənədidir, onun etibarlılığı şübhə altına alına bilməz. Universitetlərin qəbul şərtləri fərqlidir, amma əgər ali məktəb öz ölkəsində akkreditasiya olunubsa, həmin universitetin verdiyi diplom Azərbaycanda da tanınacaq”.

İlqar Orucovun fikrincə, bu mövzuda narahatlığa əsas yoxdur: xarici universitet rəsmi akkreditasiyadan keçibsə və təhsil qanunvericiliyə uyğun həyata keçirilirsə, həmin diplom Azərbaycanda tanınacaq.

Tarix
2025.09.12 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla