Gürcüstan Baş naziri İrakli Kobaxidze oktyabrın 4-də prezident iqamətgahına edilən hücumla bağlı yeni həbslərin olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Rustavi2” telekanalı məlumat yayıb.
"Bizim indi cinayətkarları müəyyən etmək üçün daha böyük resurslarımız var. Ölkə üzrə xüsusi əməliyyat aparılır və bu gün bir neçə nəfər saxlanılacaq. Hücumda iştirak edən çox sayda insan müəyyən edilib - bəziləri mənzillərində gizlənir, digərləri isə başqa bölgələrə qaçıblar", - baş nazir qeyd edib.
Kobaxidzenin sözlərinə görə, bu, son dörd ildə beşinci inqilab cəhdi olub:
"Biz altıncını gözləməyəcəyik. Heç kimin birinci mərhələyə cəsarət etməməsi üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, 4 oktyabrda Gürcüstanda bələdiyyə seçkiləri baş tutab. Seçkilərdən sonra müxalifətin keçirdiyi aksiyalarda hökumət qüvvələri ilə toqquşma yaşanıb.