Yuxarı

Qəbələdə bu format təsis ediləcək - TDT baş katibi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə bu format təsis ediləcək - TDT baş katibi

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanda keçiriləcək 12-ci Zirvə Görüşündə təşkilata daxil olmayan dövlətlərlə əməkdaşlıq üçün "TDT+" formatının təsis edilməsi ilə bağlı qərar qəbul edilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib.

"Təşkilatımız çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qərar qəbul ediləcək. Üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan verəcək "TDT+" formatı olacaq. Dərhal vurğulamaq istəyirəm, söhbət bəzi jurnalistlərin bəzən şərh etməyə çalışdığı kimi qapalı və ya hərbi bloklardan getmir. Bu, doğru deyil", - deyə o bildirib.

Baş katibin sözlərinə görə, təhlükəsizlik məsələləri əvvəlki sammitlərin əsas mövzusu olub və qarşıdakı sammitdə də vacib mövzu olaraq qalacaq.

"Ancaq bu dəfə əsas diqqət iqtisadiyyata yönəldiləcək. İqtisadi gündəlikdə nəqliyyat, logistika, infrastruktur əlaqələri var - bu bütün üzv ölkələrimiz üçün strateji istiqamətlərdir", - Ömüraliyev qeyd edib.

Tarix
2025.10.07 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla