Yuxarı

Onların Xocalı və Xankəndiyə infoturu təşkil edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların Xocalı və Xankəndiyə infoturu təşkil edildi - Video

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xocalı və Xankəndi şəhərlərinə, Xocalı rayonunun Əsgəran qəsəbəsinə növbəti infotur təşkil edib.

Komitədən Axar.az-a verilən məlumata görə, infotur Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

İnfoturda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün məktəblilər arasında keçirdiyi, Böyük Qayıdışa həsr olunan “Zəfər” şahmat turnirinin qalibləri iştirak ediblər. Onlar Prezident İlham Əliyevin tapşırıqları və Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olublar.

İnfotur iştirakçıları Əsgəran qala-kompleksinə, yenidən qurulan Xocalı və Xankəndi şəhərlərində, Qarabağ Universitetində olublar. Universitetlə yaxından tanışlıq, burada tələbələr üçün yaradılmış şərait məktəblilərdə xoş təəssürat yaradıb. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.

Tarix
2025.09.24 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla