Yuxarı

Xəstəxana bizə bu zülmü yaşadır - "Məlhəm"dən cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 10 gün öncə “Məlhəm” hospitalda ilk övladını dünyaya gətirən Gülənay Məmmədovanın körpəsi həkim səhlənkarlığından problemli doğulub.

Axar.az xəbər verir ki, belə bir iddia ilə Gülənay Məmmədovanın qardaşı, jurnalist Ulucay Akif sosial media hesabında yazıb.

Məsələ ilə bağlı Teleqraf-ın əməkdaşı sözügedən hospitalla əlaqə saxlayıb. Bildirilib ki, hospital rəsmi açıqlama verəcək.

Qeyd edək ki, jurnalist körpənin beynində ciddi problemlər, sinir zədələnməsi olduğunu deyib:

“Kompüter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm “Məlhəm” xəstəxanasının həkimləri, həm də digər xəstəxanaların həkimləri təsdiq edirlər. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.

Doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. 8 aylıq hamiləlik dönəmində, həmçinin “Məlhəm” hospitalında müayinələr zamanı bacıma bu cür problemlərin olduğu deyilməyib.

Ciyənin iki dəfə uşağın boynuna dolanmasını sentyabrın 3-də USM müayinəsi nəticəsində bilmişik. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi”.

Tarix
2025.10.01 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün “Qiyamət” başlayır: zərbələrin nəticəsi...

Bakıda D-8 İqlim və Şəhərlər Dialoqu keçiriləcək

DİN-dən MDB Oyunları ilə bağlı açıqlama

İlham Əliyev Danimarkada

Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı

6 milyonluq mənimsəmədə ittiham olunan zabit barədə qərar

Adnan Əhmədzadənin mülk siyahısı: Milyonluq evlər...

Bakı-Tiflis-Qars dəmir yolu ilə yükdaşıma... - Memorandum

Simonyandan 44 günlük müharibə ilə bağlı açıqlama

Azər Qəribin cəza tələbi: Mətanət Türkiyəyə görə üzr istəyəcək? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla