Yuxarı

Bakı-Tiflis-Qars dəmir yolu ilə yükdaşıma... - Memorandum

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Gürcüstan arasında "Bakı-Tiflis-Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında" Anlaşma Memorandumu imzalanıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədri Rövşən Rüstəmov X sosial şəbəkəsindəki hesabında bildirib.

"Qazaxıstanda keçirilmiş "New Silk Way" (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri ilə "Bakı-Tiflis-Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında" Anlaşma Memorandumunu imzaladıq.

Bu sənəd BTQ marşrutunun daha sürətli və dayanıqlı, eyni zamanda, daha rəqabətədavamlı nəqliyyat xətti kimi inkişaf etdirilməsi üçün ortaq addımları müəyyən edir.

Əsas hədəflərimiz BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin formalaşdırılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılmasıdır", - deyə o qeyd edib.

Tarix
2025.10.01 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Forumu "Avronyus"un diqqət mərkəzində - Video

DİN-dən MDB Oyunları ilə bağlı açıqlama

İlham Əliyev Danimarkada

Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı

6 milyonluq mənimsəmədə ittiham olunan zabit barədə qərar

Adnan Əhmədzadənin mülk siyahısı: Milyonluq evlər...

Simonyandan 44 günlük müharibə ilə bağlı açıqlama

Azər Qəribin cəza tələbi: Mətanət Türkiyəyə görə üzr istəyəcək? - Video

Azərbaycan XİN Nigeriyanı təbrik etdi

Putinlə görüşən kimi Nikol Bakıya qarşı “başladı...”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla